Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:09

Mehriban Əliyevanın əsəri festivalda nümayiş olunub


Bakıda «Qız qalası» beynəlxalq incəsənət festivalı zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əsəri nümayiş olunub.

M.Əliyevanın Qız Qalası mövzusunda yaratdığı əsərdə bir sıra ölkələrin müxtəlif tarixi və mədəniyyət abidələri əks etdirilib. Maketin üzərində mədəni irsin qorunmasına rəmzi çağırış mənasını daşıyan çətir qurulub. YUNESKO-nun xoşməramlı səfiri bu əsəri ilə bütün dünyanı mədəni irsi qorumağa çağırıb.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən «Qız qalası» festivalı mayın 29-da başa çatıb.

Üç gün ərzində 17 ölkədən 20-dən çox tanınmış rəssam Qalanın kiçik maketlərini öz milli üslublarında naxışlarla bəzəyərək nümayiş etdiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG