Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:21

Sumqayıda ölümlə nəticələnən qəza baş verib


Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.

Sumqayıt şəhər sakini, 37 yaşlı Rəfail Bağırov idarə etdiyi “Mercedes” markalı maşınla Sumqayıt sakini 55 yaşlı Rahid Quliyevi vurub.

Sonra isə sürücü idarəetməni itirərək maşını Siyəzən sakini 28 yaşlı Amil Səmədovun idarə etiyi "QAZ-3110" markalı maşına çırpıb.

Nəticədə piyada Rahid Quliyev hadisə yerində dünyasını dəyişib.

“Mercedes”də olan Amil Bağırov, Elman Tağıyev, Sirac Məmmədov və “QAZ-3110”un sərnişini Əli Azayev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya düşüblər.

Faktla bağlı cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG