Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:03

Qarabağ qan ağlarkən biz gülə bilmərik


“Qarabağ qan ağlarkən biz gülə bilmərik” .

Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan regiondakı vəziyyətlə bağlı xalqa müraciətində deyib.

Ərdoğan qeyd edib ki, qonşu ölkələrdə baş verənlər Türkiyəyə müsbət və ya mənfi təsir göstərir.

O xüsusilə Qarabağ münaqişəsinin həllinin Türkiyəyə müsbət təsir göstərəcəyini vurğulayıb.

"Biz, İraq və İranın məsələlərinə biganə qala bilmərik.
Suriya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Rusiya, Gürcüstanın problemləri təbii olaraq bizə də təsir edər. Qarabağ qan ağlarkən biz gülə bilmərik, Fələstin gözyaşı tökərkən biz sevinə bilmərik. Orta şərqin, Balkanların, Qafqazın taleyi bizim taleyimizlə birgə yazılıb", deyə Ərdoğan bəyan edib.




XS
SM
MD
LG