Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:25

Çex Respublikasında ikigünlük seçkilər başlayıb


Mayın 28-də Çex Respublikasında parlament seçkiləri başlayıb. Seçki iki gün ərzində keçirilir.

Rəy sorğularına görə solçu Sosial Demokratlar nisbi çoxluq əldə etsələr də yeni hökuməti formalaşdırmaq üçün onlar başqa siyasi qruplarla koalisiyaya getməli olacaqlar.

Sosial demokratların əsas vədləri çox qazananlardan daha çox vergi və sadə vətəndaşlara daha çox dövlət yardımıdır.

İkinci olacağı gözlənən sağ-mərkəzçi Demokrat Partiyası isə Yunanıstan kiçi Çex Respublikasının da ciddi maliyyə böhranı ilə üzləşəcəyini, təcili dövlət xərclərinin azaldılmalı olduğunu bildirir.

Parlamentin aşağı palatasındakı 200 yer uğrunda mübarizəyə yeni qurulmuş mühafizəkarların TOP 09 partiyası, Kommunist Partiyası, Yaşıllar və Xristian Demokrat partiyası da qoşulub.

2009-cu ilin martında sağ-mərkəzçi hökumət dağılandan bəri NATO və Avropa Birliyinə üzv olan Çex Respublikasında hakimiyyət müvəqqəti hökumətin əlində idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG