Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:06

Məscidə hücumda 70 nəfər həlak olub


Pakistan polisi ölkənin şimal-şərqində Lahor şəhərində iki məscidi onu ələ keçirmiş silahlılardan geri alıb. Bu gün məscidə hücum zamanı 70 nəfər həlak olub. Dəqiq sayı bəlli olmayan silahlılardan ikisi ələ keçib.

Hücumçular bu gün Lahorda şəhərin müxtəlif istiqamətində Əhmədi məscidlərinə hücum edib, dindarların üstünə qumbara atıblar.

19-cu əsrdə islamda bir təriqət kimi yaranan Əhmədi cərəyanının dünya üzrə 4 milyon nəfərə yaxın tərəfdarı var. Pakistanda radikal sünni qrupları bundan əvvəl də bir necə dəfə onlara hücumlar ediblər.
XS
SM
MD
LG