Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:25

ABŞ-ın Əfqanıstanda itirdiyi əsgərlərin sayı 1000 nəfərə çatdı


ABŞ ordusunun məlumatına görə Əfqanıstanda səkkiz il davam edən müharibədə itirdiyi əsgərlərin sayı 1000 nəfərə çatıb. 1000-ci əsgər bu gün Əfqanıstanın cənubunda yola qoyulan minanın partlaması nəticəsində mayın 28-də həlak olub.

ABŞ ilk əsgərini 2002-ci ilin yanvarın əvvəlində Əfqanıstana hərbi əməliyyatların başlandığı günlərdə verib. Vaşinqton 2001-ci ilin 11 sentyabrında terror hücumuna görə ittiham etdiyi Əl-Kaidə təşkilatının lideri Usamə bin-Ladenin sığınacağına çevrilmiş Əfqanıstanın Taliban rejiminə hərbi əməliyyatlara başlamışdı.
XS
SM
MD
LG