Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:04

Arazın yeni qolu 6 rayonun ərazisindən keçəcək


APA-nın məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.

Q. Məmmədov yeni qolun çəkilməsi ilə bağlı komitənin qarşısına iki məqsəd qoyulduğunu bildirib:

«Bəhramtəpədən Araz çayının köhnə məcrasının bərpa olunması və həmin məcranın ən aşağı mənfi relyef formasını topoqrafik xəritə üzərində müəyyən etmək birinci məqsədimizdir. Bəhrəmtəpədən Xəzər dənizinə qədər dəhlizin uzunluğu 130 kilometr təşkil edir. Bu 6 rayon ərazisini əhatə edəcək. Yeni qol İmişli, Biləsuvar, Neftçala, Cəlilabad, Masallı və Lənkəran rayonlarından keçməklə Xəzər dənizinə qovuşacaq. Dəhlizin eni isə İmişli ərazisində 250 metrdən 500 metrə qədərdir. Dəhlizin eni ən çox Neftçala ərazindədir ki, burda məsafə 12 kilometrdir. Bütün yüksəkliklərin mənfi relyef formaları da müəyyənləşib. Bunlar ayrı-ayrı rayon ərazilərində müxtəlif uzunluqlara malikdir. İmişlidə 40 km, Biləsuvarda 41 km, Masallıda 9 km və sair».

Q. Məmmədov ikinci məqsədin isə dəhliz boyu əhatə edən rayonlarda torpaq fondunun müəyyənləşməsi olduğunu qeyd edib:

«Burda dövlət torpaqları, bələdiyyə və xüsusi mülkiyyət torpaqlarının müəyyənləşməsindən söhbət gedir. Bu dəhliz üçün 75 min hektar torpaq sahəsi düşür ki, bunun da 65 min hektarı dövlət torpağı, 7 minə yaxın bələdiyyə torpağı, 3 minə yaxını isə xüsusi mülkiyyətin payına düşür. Yerli qurumlarda xüsusi mülkiyyət sahiblərinin siyahısı tutulub və bu siyahı müvafiq orqanlara təqdim olunacaq».
XS
SM
MD
LG