Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:51

Obama Fələstin lideri ilə görüşəcək


ABŞ prezidenti Barak Obama ilə Fələstin lideri Mahmud Abbas iyunun 9-da görüşəcəklər.

Ağ Evdən bildiriblər ki, tərəflər Yaxın Şərqdə münaqişənin dinc yolla tənzimlənməsi məsələsi müzakirə edəcəklər.

Bu günlərdə Obama Vaşinqtonda İsrail baş naziri Benyamin Netanyahunu da qəbul edəcək.

Bu, İsrail və Fələstin arasında vasitəçilik missiyası çərçivəsində ABŞ prezidentinin keçirəcəyi ilk görüşdür.
XS
SM
MD
LG