Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:46

ABŞ tarixində ən böyük neft sızmasını dayandırmaq üçün işlər davam edir


Meksika körfəzində ABŞ tarixində ən böyük neft sızmasını dayandırmaq üçün işlər davam edir. ABŞ rəsmilərinin bildirdiyinə görə hər gün 12-19 min barrel neft axır. Bu isə «British Petroleum»(BP) və ABŞ Sahil Mühafizəsinin əvvəlki hesablamasından 5 min barrel çoxdur.

ABŞ prezidenti bəyan edib ki, «British Petroleum»un Meksika körfəzində ekoloji fəlakətin qarşısını almaq fəaliyyəti tamamilə nəzarət altındadır. Amerika hökuməti neft platformasında baş verən qəzaya görə «BP»dən təzminat tələb etmək niyyətindədir.

«BP» neft axıntısının qarşısını almaq üçün «Top kill» əməliyyatına başlayıb. Məqsəd quyunun ağzını qapamaqla neft axıntısının qarşısını almaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG