Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:57

Andres Herkel Rəsulzadənin qəbrini ziyarət edib


AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadənin qəbrini ziyarət edib.

Herkel Estoniyanın parlament nümayəndə heyətinin tərkibində Ankarada səfərdədir.

Herkellə birlikdə daha üç estoniyalı deputat və Estoniyanın Türkiyədəki səfiri Məmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.

«Turan» agentliyinin xəbərinə görə həmməruzəçi bir daha jurnalist Eynulla Fətullayev və bloqçular Emin Milli ilə Adnan Hacızadənin azad edilməsi zərurətini vurğulayıb. Onun fikrincə, bu, Azərbaycanın nüfuzunun yaxşılaşmasına şərait yaradardı.
XS
SM
MD
LG