Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:01

28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür


Şərqdə ilk demokratik cümhuriyyətin qurulmasından 91 il ötür. 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tiflisdə Azərbaycanın müstəqilliyini elan edib.

Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə bir sıra islahatlar həyata keçirilib, müstəqil dövlətin atributları formalaşıb.

Cumhuriyyət 1920-ci ilin aprelin 27-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut edib.

71 il sonra isə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edib.

Bu arada ABŞ dövlət katibi Hillari Klinton Azərbaycanın Respublika Günü ilə bağlı bəyanat verib.Bəyanatda bildirilir ki, «ABŞ Azərbaycan ilə qarşılıqlı hörmət və maraqlara əsaslanan əməkdaşlığı yüksək qiymətləndirir. Biz ölkələrimiz arasında yaxın əlaqələrin sonra daha da möhkəmlənəcəyinə ümid edirik».

BMT-nin baş katib Pan Gi Mun da daxil olmaqla, bir sıra dünya liderləri 28 May Respublika günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG