Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:49

ABŞ hökuməti təhlükəsizlik strategiyasını açıqlayacaq


Mayın 27-də Ağ Evin Obama administrasiyasının Milli Təhlükəsizlik Strategiyasını rəsmən açıqlayacağı gözlənilir.

Strategiyaya ABŞ-ın «islamla müharibədə» olmadığını da özündə əks etdirəcək. Bu barədə prezident Barak Obamanın terrorla mübarizə üzrə əsas məsləhətçisi Con Brennan jurnalistlərə məlumat verib.

Sənədin qlobal təhlükə ilə mübarizədə əməkdaşlığın vacibliyini vurğulayacağı gözlənilir.

Eyni zamanda gözlənilir ki, strategiyada nüvə silahlarının yayılması, iqtisadi qeyri-sabitlik, beynəlxalq terror, qlobal iqlim dəyişikliyi və digər ölkələrdə demokratik azadlıqların pozulmasının Amerika təhlükəsizliyinə hədə olduğu sadalanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG