Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:34

İlham Əliyev ADR-ə ucaldılmış abidəni ziyarət edib


Prezident İlham Əliyev Respublika Günü münasibətilə Bakının İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

AzərTAc-ın yaydığı məlumata görə, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı abidənin önünə əklil qoyub. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
XS
SM
MD
LG