Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:14

Vaşinqton Dağlıq Qarabağın müstəqilliyini tanımır


«Vaşinqton Dağlıq Qarabağın müstəqilliyini tanımır». ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya bürosunun rəsmisi Robert Hilton bəyan edib ki, Vaşinqton ATƏT-in Minsk qrupu həmsədrlərinin səsləndirdiyi bəyanatla həmrəy olaraq Dağlıq Qarabağın müstəqilliyini tanımır.

Dağlıq Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi «parlament seçkisi»nə toxunan departament rəsmisi qeyd edib ki, «bu seçki münaqişənin dinc yolla həllini axtaran danışıqlar çərçivəsində Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsini qabaqlamamalıdır.

Azərbaycanın ərazi bütövlüyünü tanıyan Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi münaqişə tərəfləri ilə birgə işləyərək Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini Helsinki Yekun Aktının zorakılıqdan çəkinmə, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərinə əsasən axtarmaqda davam edəcək».

Qondarma Dağlıq Qarabağ Respublikasında mayın 23-də parlament seçkiləri keçirilib. /AzerTac/

Günün bütün mövzuları

XS
SM
MD
LG