Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:10

Yamaykada baş vermiş atışmada 30-dan çox adam ölüb


Yamaykada təhlükəsizlik qüvvələri ilə narkobaron Kristofer Koukun silahlıtərəfdarları arasında baş vermiş toqquşmalarda azı 31 adam ölüb.

Məlumatlara görə ölənlərin çoxu dinc sakinlərdir.

Həmçinin hərçilər və polislər arasında itki var.

200-dən çox adamın saxlandığı xəbər verilir.

Ölkə paytaxtı Kinqstonun bir sıra rayonlarında komendant saatı tətbiq edilib.

Baş nazir Bryus Qoldinq qanunun bərpa olunacağını vəd edib.

Əməliyyatda məqsəd narkobaron Kouku ələ keçirməkdir.

Birləşmiş Ştatlar onun verilməsini tələb edir.

Hələlik Koukun yeri bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG