Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:44
Milli Kitab Mükafatı müsabiqəsinin 10-luğuna düşmüş yazıçılar Eyvaz Əlləzoğlu, Kamran Nəzirli, Fəxri Uğurlu və Əlabbas Bağırovun kitabları çapdan çıxıb.

“Media forum” saytı xəbər verir ki, mayın 28-i saat 11.00-da Bakıdakı “Əli və Nino” kafesində kitabların təqdimatı keçiriləcək.

Bundan qabaq daha 4 finalçının əsəri nəşr edilmişdi.

Milli Kitab Mükafatı layihəsi 2009-cu il noyabrın 3-dən start götürüb.

Müsabiqəyə 265 əsər qəbul edilib. Ekspertlər həmin əsərləri oxuyaraq öncə 20-lik, sonra 10-luq tərtib edib. 10-luğa Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povesti, Əlabbasın “Qiyamçı” romanı, Nəriman Əbdülrəhmanlının “Yalqız” romanı, Samit Əliyevin “Sem şaqov v napravlenii zakata” povesti, Eyvaz Əlləzoğlunun “Odunçu geri qayıdır” romanı, Elxan Qaraqanın “A” romanı, Kamran Nəzirlnin hekayələr toplusu, Əjdər Olun portret hekayələri, Rafiq Tağıın hekayələr toplusu və Fəxri Uğurlunun hekayələr toplusu düşüb.

Mayın 31-də bu əsərlərdən 3-ü müsabiqənin qalibləri elan olunacaq.

“Əli və Nino” Nəşriyyat Evinin layihəsi olan müsabiqənin sponsorları “Azercell”, “Azersun” və “Qarant Sığorta” şirkətləridir. Mədəniyyət və Turizm, İdman və Gənclər nazirlikləri də layihəyə dəstək verir.

Mükafatın 10-luğuna daxil olan kitablar isə “Muğanbank”, “Bank Standart” kimi qurumların maliyyə dəstəyi ilə çap olunub.

"Media forum"

Günün bütün mövzuları

XS
SM
MD
LG