Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:56

Yağış Gədəbəydə sürüşmə təhlükəsi yaradıb


Gədəbəy rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayev AzadlıqRadiosuna bildirib ki, torpaq sürüşməsi təhlükəsi rayonun mərkəzində və Şah Dağ, Arabaçı, Qoşabulaq kəndlərində yaranıb. Həmin ərazilərdə yaşayan əhaliyə evlərini tərk etmələri barədə xəbərdarlıq edilib.

«Əhalini məlumatlandırdıq ki, hər an təhlükə baş verə bilər buna görə də tez bir zamanda evlərini tərk etməlidirlər. Eyni zamanda sel suları nəticəsində rayonda dərin yarğanlar əmələ gəlib. Gədəbəyə hər gün yağan yağış rayonun əksər kəndlərinə ciddi ziyan vurub. Kəndarası yollar yararsız hala düşüb. Daxili imkanlar hesabına bəzi yollar bərpa olunsa da bəzi kəndlərdə vəziyyət ağırdır. Əhali əziyyət çəkir».

Qüdrət Paşayev bildirdi ki, rayonun bir neçə kəndi ilə əlaqə kəsilib. Yağışların davamlı yağması isə rayonda yaranmış vəziyyətin aradan qaldırılmasına maneə olur.
XS
SM
MD
LG