Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:47

Klinton Seula gəlib


ABŞ-ın dövlət katibi Hillari Klinton iki Koreya respublikasının qarşıdurmasında Cənubi Koreya ilə həmrəyliyini nümayiş etdirmək üçün Seula gəlib. Klinton bura Çin səfərini başa vuraraq gəlib.

Çində olarkən ABŞ-ın dövlət katibi Pekini müttəfiqi Şimali Koreyaya sərt reaksiya verməyə çağırmışdı. Şimali Koreyanın kommunist rəhbərliyi Cənubi Koreyanın hərbi gəmisini batırdığı barədə iddiaları qəti şəkildə təkzib edir və hər hansı sanksiya tətbiq ediləcəyi təqdirdə müharibəyə başlayacağını bildirir.

XS
SM
MD
LG