Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:47
Mayın 26-da Kişinyovun Opera və Balet Teatrında Çində insan haqlarının vəziyyətini tənqid edən tamaşanı göstərməyə icazə verilməyib.

Həmin tamaşanı hazırlamış mərkəzi Nyu-Yorkda yerləşən Çinin «Falun Dafa Assosasiyası»nın Kişinyovdakı əlaqələndiricisi Lidia Melinte AzadlıqRadiosunun müxbirinə deyib ki, həmin tamaşaya - «Şen Yun»a biletlər əvvəlcədən satılmışdı, tamaşaya bir neçə saat qalmış onlara bildiriblər ki, tamaşaya icazə verilməyəcək:

«Bu Çin hökumətinin təzyiqidir. Onlar Moldova hökumətinə təsir ediblər».

Tamaşa təxirə salınsa da, tamaşaçılar aktyorlarla teatrın qarşısında görüşüblər, onlar aktyorlar fotolar çəkdirib, söhbət ediblər. Tamaşaya gələnlərdən biri Elmira Said AzadlıqRadiosuna deyib ki, o, teatrın bu cür qərarından narazıdır:

«Bu hökumət anlamalıdır ki, Sovet İttifaqı dağılıb. Bu nədir axı, nəyə görə kiminsə sözü ilə teatra təzyiq olunmalıdır».

Moldova hökumətinin mövqeyini əldə etmək hələ ki, mümkün olmayıb. Lidia Melinta deyib ki, bu tamaşanı daha əvvəl Türkiyədə göstərmişdilər və orada heç bir təzyiqlə üzləşməmişdilər.

Melinta bildirib ki, onlar teatrla danışıqları davam etdirirlər və ümid edirlər ki, müsbət nəticə əldə edəcəklər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG