Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:13

Mark Tven “qəbirdən danışacaq”


1910-cu il aprelin 21-i.

Həmin gün dünya şöhrətli Amerika yazıçısı, “Tom Soyerin macəraları”nın müəllifi Mark Tven dünyasını dəyişdi.

O öz həyatı haqda yazdığı əsərin 100 il çap olunmamasını vəsiyyət etmişdi.

Yazıçı bunu “yalnız ölümündən sonra tam səmimi danışa biləcəyi” ilə əsaslandırmışdı.

Kaliforniya Universiteti Tvenin avtobioqrafiyasını ilk dəfə olaraq tam şəkildə çap etmək qərarına gəlib. (İndependent)

Universitet vəd edir ki, noyabrda buraxılacaq kitab “Tvenin özünün istədiyi kimi - "qəbirdən gələn" bir səs olaraq onun heç kəsdən çəkinmədən söylənən yumor dolu fikirlərini, müxtəlif şəxslər, hadisələr haqda rəyini ifadə edəcək”.

Kitab Tvenlə katibəsi İzabel van Klik Lionun münasibətlərinə, yazıçının dinlə bağlı şübhələrinə, Amerikanını 26-cı prezidenti Teodor Ruzvelti niyə tənqid etməsinə işıq tutacaq.

İndiyəcən, bir çox araşdırmaçılar Tvenin tərcümeyi-halından öz tədqiqatlarında istifadə etmişdilər. Bu sitatlar eyni mənbədən götürülsə də, bəzən yazıçının həyatı, daxili aləmi haqda fərqli təsəvvürlər yaradırdı.

İndi isə Tvenin avtobioqrafiyası tam şəkildə çap edilərək yazıçının necə adam olması haqda nəticə çıxarmaq üçün oxucuların özlərinin ixtiyarına veriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG