Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:30

Təzə baş nazir də "İrana təzyiqləri artırın" deyir


Britaniyanın yeni baş naziri David Kameron mayın 25-də bildirib ki, Qərb irana qarşı təzyiqlərini artırmalıdır. Baş nazir səbəb kimi də deyib ki, bütün əlamətlərə görə İran nüvə silahı hazırlamağa çalışır.

Elə bu gün ABŞ Dövlət katibi Hillari Klinton da İranın keçən həftə Türkiyə və Braziliya ilə imzaladığı nüvə razılaşmasını “Tehranın yeni beynəlxalq sanksiyalardan qaçmaq üçün düşündüyü taktika” adlandırıb. Həmin razılaşmanın ertəsi günü ABŞ İrana qarşı yeni sanksiyaların razılaşdılmış mətnini BMT Təhülkəsizlik Şurasına verib.

İranın Türkiyə və Braziliya ilə razılaşmasında nüvə yanacağını Beynəlxalq Atom Enerjisi Agentliyindən almaq təklifi qəbul edilirdi. Amma Vaşinqton hesab edir ki, bu sənəd İranın nüvə silahı hazırlaması üstündə beynəlxalq ictimaiyyətin narahatlığına münasib cavab deyil.
XS
SM
MD
LG