Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:10

«Azərbaycanda siyasi ab-hava yoxdur»


Çingiz Dadaşov
«42 saylı seçki dairəsində Flora Kərimova qalib gəlmişdi deyə dairəni ləğv etdilər».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Demokratik Seçkilərə Dəstək Mərkəzi İctimai Birliyinin sədri Çingiz Dadaşov deyib. Hazırkı Seçki Məcəlləsi ilə yaxşı seçki keçirmək olduğunu deyən ekspert, məcəllə oxuyanın olmadığını qeyd edib. Ötən seçkilərdə bəzi namizədlərə ərizəsini yazıb namizədliyini geri götürməsini tələb etdiklərini deyən Çingiz Dadaşov, namızədlərin zəif olduğunu bildirib:

«Heç bir namizəd haqqını tələb etmir, uduzan etiraf etmək istəmir ki, uduzub».

«Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev isə deyib ki, son illərin gedişi seçkini bu yerə gətirib çıxarıb. Ekspert deyib ki, Azərbaycanda siyasi ab-hava yoxdur. «İqtidar hansı parlamenti görmək istəyirsə o parlamenti alır»
Zəfər Quliyev
deyən ekspert seçkinin formal xarakter aldığını bildirib.

Sərdar Cəlaloğlu isə deyib ki, normal seçki keçirmək dövlətin işidir. Əgər seçki normal keçmirsə, bu müxalifətin yox iqtidarın günahıdır:

«Biz demirik ki, iqtidar hakimiyyəti gətirib müxalifətə versin. Sadəcə beynəlxalq hüquq normalarını pozmasın».

Deputat Rəbiyyət Aslanova isə deyib ki, vətəndaş bir millət vəkilini seçərkən onun son 2 aylıq fəaliyyətinə səs vermir. İnsanların dəyişdiyini bildirən deputat artıq seçicilərin boş səs-küyə inanmadığını bildirib.


XS
SM
MD
LG