Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:17

ABŞ İranın yeni nüvə yanacağı planını sanksiyalardan qaçmaq taktikası adlandırır


ABŞ Dövlət Katibi Hillari Klinton İranın Türkiyə və Braziliya ilə birlikdə nüvə razılaşmasını Tehranın yeni beynəlxalq sanskiyalardan qaçmaq üçün düşündüyü “oyun” adlandırıb. Klinton qeyd edib ki, İranın Beynəlxalq Atom Enerjisi Agentliyinə göndərdiyi Türkiyə və Braziliya ilə razılaşması Tehranın nüvə planları üstündə beynəlxalq ictimaiyyətin narahatlıqlarına münasib cavab deyil.

Keçən həftənin əvvəlində imzalanan həmin razılaşmada İran zənginləşdirilmiş uranı Türkiyəyə verib, əvəzinə Beynəlxalq Atom Enerjisi Agentliyindən hazır nüvə yanacağı almağa razılaşmışdı. Halbuki bundan əvvəl Tehran hazır yanacağı kənardan almaq təklifini qəbul etmirdi. Bu razılaşmadan bir gün sonra isə ABŞ İranın nüvə proqramına görə yeni beynəlxalq sanskiyaların məntinin BMT Təhlükəsizlik Şurasına təqdim edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG