Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:38

Şahbuzda 3 ev su altında qalıb


Naxçıvan Muxtar Respublikasında havanın yağmurlu keçməsi burdakı çayların sululuğunu artırıb. Bu səbəbdən Şahbuz rayonunda yerləşən Heydər Əliyev adına su anbarında suyun səviyyəsi maksimal həddə çatıb. Şahbuz rayonun Daylaqlı və Sələsüz kəndlərində xeyli sayda əkin sahələri, bir neçə ev su altında qalıb.

Daylaqlı kəndində yerləşən 3 ev su altında qaldığından evlərin sakinləri köçürülüb. Kəndin icra nümayəndəsi Vaqif İsmayılovun verdiyi məlumata görə, köçürülən 3 evin sakinlərinə yeni evlər verilib. Su altında qalan əkin sahələri və meyvə ağaclarına görə əhaliyə kompensasiya verilməsi ilə bağlı heç bir məlumat verilmir. Əhali buna görə narahatdır.

Heydər Əliyev adına su anbarında 2005-ci ildə də istifadəyə verilib, tutumu 100 milyon kubmetrdir.

XS
SM
MD
LG