Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:07

Əfqanıstanda 94 min, İraqda isə 92 min ABŞ hərbçisi var


Əfqanıstandakı ABŞ hərbçilərinin sayı 2003-cü ildə başlanan İraq müharibəsindən sonra ilk dəfə olaraq İraqdakı Amerika hərbçilərinin sayını keçib.

Pentaqonun məlumatına görə, hazırda Əfqanıstanda 94 min, İraqda isə 92 min ABŞ hərbçisi var.

İraq əsgərlərinə kömək üçün 50 min nəfərin qalması şərti ilə hərbi hissələrin avqustun sonlarında çıxarılması planlaşdırılır. ABŞ hərbçilərinin İraqdan bütünlüklə çıxarılması isə 2011-ci ilin sonlarına planlaşdırılır. Əfqanıstandakı hərbçilərin sayının isə 100 minə çatacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG