Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:55

İslam qaydası ilə geyinməyən qadına 1300 dollar cərimə


İranın Məşhəd şəhərində islam qaydası ilə geyinməyən qadınlara və özünü islam qaydası ilə aparmayan kişilərə
pul cərimələri kəskin artırılıb, cəzalar sərtləşib.

Qadın müsəlman qaydası ilə geyinməsə, cərimə 2,5 dəfə artaraq təxminən 1300 dollara çatdırılıb.
Müqayisə üçün, İranda müəllimin aylıq maaşı 500 dollardır.

Əgər maşınlı kişilər qadınlara sataşsalar və ya tanımadığı qadınları maşınlarına mindirsələr,
bu yazdan başlayaraq polis onların maşınlarını müsadirə edə bilər.
Son iki gündə Tehranda polis 50 belə şəxsin maşınını əlindən alıb. Bu da bütün maşınlı kişilərə xəbərdarlıq kimi yozulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG