Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:39

Dünya Bankının missiyası Bakıda səfərdə olacaq


Yeni Azərbaycan Partiyasının rəsmi internet saytına görə, missiyaya Dünya Bankının iqtisadiyyatın idarə olunması və islahatlar üzrə regional direktoru Əssəd Ələm rəhbərlik edir.

Bankın Bakı nümayəndəliyindən verilən məlumata görə, səfər zamanı Azərbaycan hökuməti ilə qarşıdakı iki il ərzində iqtisadiyyatın müxtəlif sahələri üzrə inkişaf layihələrinin hazırlanması ilə bağlı məsələlər müzakirə olunacaq.

Dünya Bankının missiyasının səfəri müddətində xüsusilə sahibkarlığın və özəl bölmədə infrastruktur təminatının yaxşılaşdırılması layihələrinə kreditlərin ayrılması diqqət mərkəzində olacaq.
XS
SM
MD
LG