Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:39

Mingəçevir su anbarında suyun nominal səviyyəsi 83 metri keçib


Araz çayında suyun səviyyəsini azaltmaq üçün Bəhramtəpə su anbarı yaxınlığından yeni qolun açılması istiqamətində işlər aparılır.
APA-nın məlumatına görə, bu barədə daşqınla üzləşən bölgədə olan «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

E.Pirverdiyevin sözlərinə görə, hazırda ərazidə ağır texnika işləyir:

«Ərazidə milyonlarla kubmetr torpaq işləri görülməlidir. Artıq bir neçə gündür orada fasiləsiz olaraq işlər görülür, ağır texnikalar işləyir. Hesab edirik ki, həftənin sonuna qədər Arazda işləri yekunlaşdıra biləcəyik. Arazda yeni qol açılandan sonra Kürdə də suyun səviyyəsi aşağı düşəcək».

«Azərenerji» rəhbərinin sözlərinə görə, Mingəçevir Su Anbarına həddən artıq su toplanıb, nominal hədd olan 83 metri keçib. Ona görə də anbardan suyun 1/3-i buraxılır:

«Mingəçevir və Şəmkir anbarları vasitəsilə suyun səviyyəsini aşağı salmağa çalışırlar. Mingəçevirdə vəziyyət stabildir. Orada hər saat monitorinq və ölçü işləri aparılır və hələlik heç bir problem yoxdur».

Mingəçevir su anbarında suyun səviyyəsinin nominal həddi – 83, maksimal həddi isə 85,5 metrdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG