Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:53

Hacıqabulun 4 kəndi su altındadır


Kürün Hacıqabul rayonunun Birinci Meyniman kəndi istiqamətində bəndi dağıtması 4 kəndi və bir qəsəbəni su altında qoyub.

Bu barədə AzadlıqRadiosuna Hacıqabul Rayon İcra başçısının köməkçisi Afiq Kərimov məlumat verib. Bunlar Ələtli, Bürvənd, Ağacanlı, Birinci Meyniman və 7 ev, 35 sakini olan Balıqçı qəsəbəsidir.

Kənd sakinləri mayın 23-ü axşamdan evakuasiya olunublar. Bəndi yarmış su yaxınlıqdan keçən Şirvan kanalının cənub hissəsindən Hacıqabul gölünə istiqamətləndirilib.

Afiq Kərimov hazırda bəndin dağılmış 85 metrlik hissəsinin bərpası istiqamətində işlər getdiyini bildirib:

«Suyun istiqaməti, mailliyi Şirvan şəhərinə tərəfdir. Su hələ əkin sahələrini basıb, Şirvan kanalına gəlib çıxmayıb. Kanala gəlsə Şirvana da gedə bilər, gölə də istiqamətlənə bilər. Gölə gəlib çatmasına 2-3 gün var. O vaxta kimi bəndi bağlayarlar».

Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və texnikası dağılan bəndin bərpası və bərkidilməsi işlərinə başlayıb.

Sel sularının əhatəsində qalmış 4 kənd sakini FHN-nin iki vertolyotu vasitəsi ilə xilas edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə isə mayın 24-də ölkə ərazisində şimşək çaxacaq, yağış yağacaq, paytaxtda hava dəyişkən buludlu olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG