Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:51

Çin və Birləşmiş Ştatlar arasında görüşlər başlayıb


Çin və Birləşmiş Ştatlar arasında mayın 24-də Pekində yüksək səviyyədə iki günlük görüşlər başlayıb.

ABŞ-ın 200 rəsmidən ibarət olan nümayəndə heyətinə Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton rəhbərlik edir.

O deyib ki, görüşlərdə ikitərəfli iqtisadi əlaqələr, İran, həmçinin Şimali Koreya ilə bağlı müzakirələr aparılacaq.

Cin prezidenti Hu Jin Tao deyib ki, ölkəsi Çinin valyuta bazarında islahatların tədricən aparılmasının tərəfdarıdır. O, bunu ABŞ rəsmiləriylə görüşündə bildirib.

Görüşdə ABŞ tərəfi deyib ki, ticarət maneələrinin aşmaq üçün və qlobal iqtisadiyyatın balanslı inkişafı üçün birgə çalışmaq lazımdır.

Vaşinqton və Pekin arasında əlaqələr Çin valyutası dövriyyəsi, Çinin internetə senzura qoyması və ABŞ-ın Tayvana silah satması üzündən gərginləşib.
XS
SM
MD
LG