Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:22

Qırğızıstan hökuməti xüsusi xidmət orqanlarını ittiham edib


Qırğızıstandakı müvəqqəti hökumət xarici xüsusi xidmət orqablarını ötəri hökumət üzvlərinin telefon söhbətlərinə qulaq asmaqda ittiham edib.

Baş nazir müavini Almazbek Atambayev bu gün keçirdiyi mətbuat konfransında deyib ki, bu danışıqlara keçmiş prezident Kurmanbek Bakiyevin tərəfdarları da qulaq asır.

Bundan əvvəl İnternetdə yeni hökumət üzvlərinin qalma-qala səbəb olmuş danışığı peyda olub.

Burda söhbət pulların qanunsuz xərclənməsi və Almazbek Atambayevin vergi xidmətinə təyinata görə rüşvət almasından söhbət gedir.

Atambayev belə bir söhbətin olduğunu, amma rüşvət almadığını deyir.

O əlavə edib ki, bütün detalları məhkəmə araşdırmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG