Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:19

Daşqınlardan zərər çəkmiş fermerlər yardım alacaq


Daşqınlar zamanı fermerlərə ciddi ziyan dəyib. Onlara dəymiş ziyanın məbləği tam hesablanmayıb. Bu sözləri kənd təsərrüfatı naziri İsmət Abasov deyib. O qeyd edib ki, təhlükə tam aradan qaldırılandan sonra ziyan hesablanacaq və fermerlərə kompensasiya ödəniləcək. Məlumatı ANSPRESS yayıb.

Nazir deyib ki, hardasa 51 min hektar əkin sahəsi su altında qalıb:

«Bundan təxminən 21 500 taxıl sahələridir, 22 200 yoncadır. Qalanı tərəvəzdir: bostan məhsulları, çuğundur və s. Təxminən 126 baş iri buynuzlu heyvan tələf olub. 300 baş kiçik buynuzlu heyvan, 30 min də quş məhv olub. Bunlar ilkin məlumatlardır. Hər bir ziyan çəkmiş fermer öz kompensasiyasını almalıdır və alacaq.»

Nazirin dediyinə görə, bununla bağlı prezident İlham Əliyev müvafiq göstəriş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG