Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 15:51

Daşqın 51 min hektar əkin sahəsini basıb


Daşqın nəticəsində dəymiş ziyan hesablandıqdan sonra fermerlərə kompensasiya ödəniləcək.

Bunu kənd təsərrüfatı naziri İsmət Abasov deyib.

Nazir təxminən 51 min hektar əkin sahəsinin suyun altında qaldığını deyir.

Bunun təxminən 21 500 hektarı taxıl , 22 200 hektarı yonca, qalanı isə tərəvəz sahələridir.

İlkin hesablamalara görə dasşqın nəticəsində 126 baş iri, 300 baş kicik buynuzlu heyvan, habelə 30 min quş tələf olub.


XS
SM
MD
LG