Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:40

Təbii fəlakət zonasında kritik vəziyyət davam edir


Kürdə suyun səviyyəsinin artması ilə bağlı kritik vəziyyət davam edir.

Bunu “Melorasiya və su təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə deyib.

Onun sözlərinə görə, hazırda Kür çayında suyun sürəti saniyədə 2570 kubmetrdir.

Bu gecə saat 4.00-dək Mürsəlli kəndində bənd bərkitmə işləri davam etdirilib.

Saat 05.00-dan sonra isə işlərQaragüney zonasında davam etdirilib.

Ə. Əhmədzadə Sarısu gölü ətrafında texnikanın işləməsi üçün yeni yolun çəkilməsinə hazırlıq işləri getdiyini deyib.

O həmçinin qeyd edib ki, hazırda Arazda yeni qolun açılması üçün hazırlıq işləri gedir və bu qol yalnız ən kritik məqamda açılacaq.

Hələliksə həmin qolu 2 gün müddətinə açmaq niyyətimiz yoxdur.-deyə o vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG