Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:51

İranın son addımı Qərbi tam qane etmir


BMT-nin baş katibi Ban Kİ Mun ümid edir ki, İran, Türkiyə və Braziliya arasında əldə edilmiş razılaşma onun Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin danışıqlar yoluyla həllinə aparacaq.

Bu razılaşmaya görə İran özündə olan az zənginləşdirilmiş uranı Türkiyəyə göndərməli və əvəzində nüvə yanacağı almalıdır.

İRNA agentliyinin məlumatına görə Tehran bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə rəsmi məktub göndərəcək.

Amma qərb hesab edir ki, İran bununla əlavə sanksiyalardan qaçmaq istəyir.

Bu günlərdə BMT-nin təhlükəsizlik şurasına İrana qarşı yeni sanksiyaların tətbiqiylə bağlı qətnamə layihəsi təqdim edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG