Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:44
Avropa Birliyi Qarabağ ermənilərinin mayın 23-ə təyin etdikləri parlament seçkisini qanunsuz adlandırdı. Qurumun Xarici Əlaqələr üzrə yüksək səviyyəli Nümayəndəsi Ketrin Eşton mayın 21-də yaydığı bəyanatda qeyd edir ki, həmin seçki qanuni olmayacaq: "Bu seçki Qarabağ sülh danışıqlarının nəticəsini bəri başdan müəyyən etməməlidir" - deyə sənəddə bildirilir.

O, bütün tərəfləri Qarabağ münaqişəsinin sülh yolu ilə həl etmək sahəsində cəhdlərini ikiqat artırmağa çağırıb.

Bundan əvvəl Bakı işğal olunmuş ərazilərdə seçkinin beynəlxalq hüquq normalarına zidd olduğunu, bununla Ermənistanın başqa dövlətin ərazisini özünə birləşdirməyə cəhd etdiyini bildirib. Bununla bağlı Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT-yə də müraciət edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG