Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:33
Amerikada bir qrup alim élan edib ki, dünyada ilk dəfə olaraq süni birhüceyrəli orqanizm yaradıblar.

Bunun üçün alimlər laboratoriya şəraitində kimyəvi maddələrdən DNT – yəni orqanizmin inkişafı və fəaliyyəti ilə bağlı genetik informasiyanı nəsildən nəsilə ötürən nuklein turşusu düzəldiblər

DNT-ni yaradandan sonra alimlər onu birhüceyrəli bakteriyaya daxil ediblər. Həmin bakteriya ki onun öz DNT-si əvvəlcədən çıxarılıb.

Beləliklə DNT-si dəyişdilən birhüceyrəli orqanizm süni DNT-nin əmrlərini yerinə yetirməyə -

PROTEIN ISTEHSAL ETMƏYƏ BAŞLAYIB

Təcrübənin nəticələri ilə bağlı tam hesabat tezliklə Amerikanın “Science” (Elm) jurnalında dərc ediləcək.

Amma artıq indidən tədqiqat dünyanın elmi dairələrində böyük maraq doğurub.

Süni birhüceyrəli orqanizmi yaradan qrupun rəhbəri Kreq Venter deyir ki, bu elmdə böyük sıçrayışdır və indi insanın düzəltdiyi proqramların əmrlərinə uyğun inkişaf edən həmin orqanizmlərdən istifadə edərək tibbi məqsdələr üçün istifadə olunacaq yeni vaksinlər yaratmaq olar.

Bundan başqa həmin birhüceyrəli orqanizmlərdən istifadə edərək qlobal istiləşməyə səbəb olan karbon-dioksidi neytrallaşdırmaq üçün yosun istehsal etmək, həmçinin ətraf mühiti çirkləndirməyən karbohidrogen enerjisi almaq mümkündür.

ƏNƏNƏVİ METODLARLA BUNU ETMƏK MÜMKÜN DEYİLDİ

Indiyəcən müxtəlif tədqiqat qrupları yalnız mikrobun DNT-sinə bir, yaxud iki yeni gen əlavə etməklə süni həyat yarada bilirdilər, bütövlükdə isə DNT-ni əvəzləmək mümkün olmurdu.

Venterin qrupunun süni DNT-li birhüceyrəli orqanizm yaratması həm də imkan verir ki, gələcəkdə təbiətdə mövcud olmayan orqanizm variantları yaratsınlar.
Venterin qrupunun bu uğuru boş yerdən ortaya çıxmayıb, bu, axır onilliklərdə alimlərin DNT-nin kodunu açmaq istiqamətində müvəffəqiyyətli sınaqlarına əsaslanır. Həmin araşdırmalarda kompüter modelləşdirilməsindən istifadə edilmişdi.

Venterin özü bu tədqiqatı kompüterlər üçün yeni proqramların yaradılması ilə müqayisə edir.

Alimin sözlərinə görə, bu, sintetik biologiyada mühüm və həlledici addımlardan biridir. İndi proqramlar qurub bioloji sistemlərin fəaliyyətini əvvəlcədən müəyyən etmək olar.

Bu hadisə insanın

YENİ HƏYAT FORMALARI YARATMASI İSTİQAMƏTİNDƏ CİDDİ BİR ADDIMDIR

Bunu isə böyük uğur adlandıranlar da var, bundan narahat olanlar da.

Bəziləri deyir ki, alimlər elə orqanizmlər yarada bilərlər ki, sonradan onları idarə etmək mümkün olmasın. Onların fikrincə, elə qaydalar müəyyən etmək lazımdır ki, belə süni orqanizmlər təbii ekosistemə mənfi təsir edə bilməsin.

Bundan başqa biomühəndisliyin başqa formaları kimi burada da narahatlıq var ki, bu uğur bioterrorizmə yol aça bilər- əgər bəd niyyətli insanların əlinə düşərsə.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG