Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:37

Araz çayının kanal vasitəsilə digər istiqamətə yönəldilməsi planlaşdırılır


Yaxın iki gündə Araz çayının kanal vasitəsilə digər istiqamətə yönəldilməsi planlaşdırılır. Bu barədə jurnalistlərə daşqınlarla bağlı mayın 21-də İmişli rayonunun Bəhramtəpə qəsəbəsində yaradılan ikinci operativ qərargahda Daxili İşlər naziri Ramil Usubov məlumat verib.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətin prezidenti Əhməd Əhmədzadə vəziyyətin yenə də gərgin olaraq qaldığını bildirib. Cəmiyyət rəhbəri Kürün deltasının lildən təmizlənməsi prosesinin davam etdirildiyini deyib.

Son 15 gündə Araz çayının saniyədə 850-1200 kubmetr su ötürdüyünü deyən cənab Əhmədzadə bildirib ki, əgər ötürücülük bundan çox olsa onda çayın əvvəlki yataqlarına yönəldilməsilə bağlı tədbirlər görüləcək.

Daşqınlarla bağlı ilk qərargah Şirvan şəhərinin Bayramlı qəsəbəsi istiqamətində bəndin dağılmasından sonra yaradılıb.

XS
SM
MD
LG