Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:26

ETA üzvləri 1040 illik azadlıqdan məhrumetmə cəzası aldılar


İspaniyada məhkəmə separatçı ETA qrupunun üç nəfər üzvünü 2006-cı ildə Madriddə bir dayanacaqda avtomobili partlatmaqda ittiham edərək hər birini 1040 il azadlıqdan məhrum edib. Amma onlar 40 ildən çox həbsxanada qalmayacaqlar. Çünki İspaniyada maksimum azadlıqdan məhrumetmə müddəti 40 ildir.

Hadisə zamanı öz maşınlarında gecələyən iki nəfər Ekvador imiqrantı həlak olmuşdu.

İspaniya ölkənin şimalında separatçı Basq qruplaşması olan Eta-nı son 40 illik kampaniyası zamanı 820-dən çox adamın qətlində ittiham edir.
XS
SM
MD
LG