Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:17

İranda həbsdə olan amerikalıların anaları ikinci dəfə övladları ilə görüşüblər


İranda həbsdə saxlananan üç ABŞ vətəndaşına bu ölkəyə getmiş anaları ilə ikinci dəfə görüşməyə icazə verilib. Onların vəkilləri mayın 21-də daha bir görüş olduğunu təsdiqləsə də detallar haqqında məlumat verməyib.

İrana getmiş məhbusların anaları mayın 21-də Tehran otellərindən birində övladları ilə görüşmüşdülər. Həmin görüşdən sonra analar İran hökumətinə müraciət edərək xoş məram kimi övladlarını azadlığa buraxmağı xahiş etmişdilər.

ABŞ vətəndaşları 10 ay əvvəl İraq-İran sərhədində tutulub. Tehran onları ABŞ kəşfiyyatına işləməkdə ittiham edir. Amma Amerikalılar sadəcə bilməyərəkdən İran ərazisinə keçdirlərini deyirlər.
XS
SM
MD
LG