Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:53
«Forum 18»in Xəbərlər Xidmətinin məlumatına görə, İslam dini təlimlərindən birinin banisi Səid Nursinin əsərlərini oxuduqlarına görə Naxçıvanda 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs olunub. Onlar inzibati həbs verilmədən, mühakiməsiz-filansız 3 gün saxlanılıblar.

Nə Naxçıvanda, nə də Bakıda heç bir rəsmi şəxs həmin 4 şəxsin niyə məhkəməsiz bu qədər saxlanıldığına aydınlıq gətirmək fikrində deyil. MTN hadisə barədə məlumatı təkzib edir.

«Forum 18» bildirir ki, nurçular üçün problem Naxçıvan aeroportunda onlardan birinin üstündə dini ədəbiyyatın tapılmasından sonra başlayıb. Bunun ardınca nurçu ədəbiyyatı oxuyan daha 5 nəfər öz evində həbs olunub, gecə onlardan 2-si sərbəst buraxılsa da, 3-ü üç gün müddətində MTN-in təcridxanasında saxlanılıb.

Nurçuların «Forum 18»ə bildirdiyinə görə, bəhailər və adventistlər kimi onların da bir çoxu Naxçıvanı tərk edərək, Azərbaycanın belə intensiv təqib edilmədikləri başqa rayonlarına köçüblər.

Naxçıvandakı məhdudiyyətlər Azərbaycanın digər yerlərindəkindən daha pisdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG