Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:23

Klinton deyir ki, Şimali Koreya cavab verməlidir


“Şimali Koreya Cənubi Koreyanın hərbi gəmisinin batması və 46 dənizçinin həlak olmasına görə, məsuliyyət daşımalıdır”. Bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Yaponiya səfəri ərəfəsində bildirib.

Cənubi Koreya rəsmən bəyan edib ki, onun hərbi gəmisinin mart ayında Sarı dənizdə batmasına səbəb Şimali Koreyanın sualtı gəmisinin buraxdığı torpedo olub. Rəsmi Seul bu barədə təkzibedilməz sübutların olduğunu bildirib.

Şimali Koreya isə bildirib ki, ona qarşı sanksiyalar tətbiq olunarsa, müharibəyə başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG