Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:06

2010-cu ildə ölkədə orta illik inflyasiya səviyyəsi 8,3 faiz olacaq


İqtisadi Tədqiqatlar Mərkəzi 2010-cu il üçün Azərbaycanda inflyasiya proqnozlaşdırmasını həyata keçirib.

Mərkəzin məlumatına görə, hesablamalar göstərir ki, 2010-cu ildə ölkədə orta illik inflyasiya səviyyəsi 8,3 faiz olacaq. Mərkəzin eskspertləri hesablamaları apararkən iqlim dəyişikliklərə üzündən meydana gələn amillərin inflyasiya proseslərinə təsirlərini də nəzərə alaraq orta illik inflyasiyanın minimum və maksimum hədlərini də müəyyənləşdiriblər.

“Güclü yağışlar, sel və daşqınlar nəticəsinsdə kənd təsərrüfatı məhsullarının istehsalında kəskin azalmalar baş verərsə, bu, ölkədə qiymətlərin daha sürətlə artmasına və sonda 10,05 faizlik inflyasiyaya səbəb ola bilər. Təbii fəlakətin nəticələri, həmçinin digər amillərin təsirləri böyük olmasa, orta illik inflyasiya 7,1 faiz təşkil edər”-deyə İqtisadi Tədqiqatlar Mərkəzinin hesablamalarında qeyd olunur.

XS
SM
MD
LG