Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:00

Müttəhim ona dəhşətli işgəncə verildiyini bildirib


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ötən ilin aprelində Neft Akademiyasında baş vermiş qətliamla bağlı məhkəmə prosesi davam edib. Məhkəmədə şahid kimi Marneuli-Bakı avtobusunun sürücüsü Ədalət Qurbanov ifadə verib. O deyib ki, avtobusda silah olsaydı, silahı Gürcüstan sərhədindən keçirmək mümkün olmazdı. Çünki sərhədin hər iki tərəfində avtobusu və sərnişinləri yoxlama aparatından keçirirlər.

İttiham olunan Nadir Əliyev isə istintaq vaxtı ona dəhşətli işgəncələr verildiyini deyib. Məhkəmə prosesi mayın 24-də davam edəcək.

Ötən il aprelin 30-da Neft Akademiyasında baş verən hadisə vaxtı Gürcüstan vətəndaşı Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri yaralayandan sonra özünü də güllələyib öldürmüşdü. Həmin hadisə ilə bağlı 4 nəfər məhkəmə qarşısında dayanıb.

XS
SM
MD
LG