Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:31

Mətbuatla bağlı yeni beynəlxalq mərkəz yaradılır


Belə bir təşəbbüs mayın 21-də Azərbaycan Sosial Rifah Partiyası ilə Mətbuat Şurasının birgə keçirdiyi tədbirdə səslənib.

«Avrasiya ölkələri üzrə beynəlxalq mətbuat və informasiya həmrəyliyi Mərkəzi» adlanan qurumun yaradılmasını dəstəkləyən ona yaxın ölkə nümayəndəsi mayın 22-də birgə niyyət protokolu imzalayacaqlar.

Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının AzadlıqRadiosuna dediyinə görə, mərkəz fəaliyyətə başlayandan sonra bu təşəbbüsə qoşulan ölkələrin mətbuatında Azərbaycanla və elə həmin ölkələrlə bağlı gedən qərəzli, qeyri-dəqiq məlumatların qarşısını almaq, həmin məlumatlara düzəlişlər etmək imkanları yaranacaq:

«Bu mərkəzin yaradılması ilə bizim müxtəlif ölkələrin KİV-lərində gedən qərəzli məlumatlara qarşı etiraz səsimizi ucaltmaq və ya düzəliş etmək imkanlarımız yaranır».

Mərkəzin əsas ofisi Bakıda yerləşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG