Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:31

ABŞ kəşfiyyatının direktoru istefa verib


ABŞ-ın Milli Kəşfiyyat üzrə Direktoru Denis Bleyr vəzifəsindən istefa verib. O, bu qərarını prezident Barak Obama ilə görüşündən sonra açıqlayıb.

Ötən ilin dekabrında ABŞ təyyarəsinin, bu ilin mayında isə Nyu-Yorkda partlayıcı ilə dolu bir avtomobilin terror cəhdlərindən sonra ABŞ-ın kəşfiyyat strukturları qınaq obyekti olmuşdu.

Milli Kəşfiyyat üzrə Direktor vəzifəsi 11 sentyabr hadisələrindən sonra ölkənin 16 kəşfiyyat qurumu arasında koordinasiyanı təmin etmək məqsədilə yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG