Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:25

Kürün səviyyəsi qalxmaqda davam edir


Sabirabadda Kürün səviyyəsi artmaqda davam edir.

Son məlumata görə, rayon ərazisində suyun səviyyəsi gün ərzində daha 3 santimetr qalxıb.

Dünən gecədən səhər saatlarınadək isə bu artım 10 sm olub.

Çay boyunca bəndvurma işləri və möhkəmləndirilmə işləri davam etdirilir.

Bu gün səhər saatlarında Hacıqabulun Talış kəndində dağılan bənd bərpa olunsa da, təqribən 300 hektar əkin sahəsi su altında qalıb. Hazırda rayon ərazisində qurulan bəndlərdə möhkəmləndirmə işləri davam etdirilir.
XS
SM
MD
LG