Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:12

İKT Xocalı qırğınını "insanlığa qarşı cinayət" kimi tanımağa çağırıb


İslam Konfransı Təşkilatı Xocalı faciəsinin həm beynəlxalq, həm də milli səviyyədə “insanlığa qarşı törədilmiş cinayət” kimi tanınmasına çağıran qətnamə qəbul edib.

Sənəd təşkilatın Xarici İşlər Nazirləri Şurasının 37-ci sessiyasının yekun iclası çərçivəsində qəbul olunub.

Bu barədə İslam Konfransı Təşkilatı Gənclər Forumunun mətbuat xidməti xəbər verir.

Qətnamə üzv dövlətləri “Xocalıya Ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyasına dəstək verməyə çağırır.

Xatırladırıq ki, bu kompaniyaya 2009-cu ildə start verilib və hal-hazırda onun fəaliyyəti 35-dən artıq İKT, Avropa və Latın Amerikası ölkələrini əhatə edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG