Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:31

Mingəcevir su anbarında çat və ya sızma yoxdur


Mingəçevir su anbarında heç bir çat və ya sızma yoxdur.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

Onun sözlərinə görə, Mingəçevir su anbarında yalnız suyun səviyyəsi ilə bağlı problem var.

Amma bütün qurğular və bəndlər normal işləyir.

O qeyd edib ki, hazırda anbarda 15 mlrd. kubmetr su var.

Anbarın normal gücü isə 16 mlrd. Kubmetrdir və suyun səviyyəsini 15 santimer də qaldırmaq olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG