Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:52

Pakistanda YouTube-a qadağa qoyulub


Pakistanda populyar internet saytı olan YouTube-a qadağa qoyulub. Mayın 31-də isə Pakistan hökumət sosial şəbəkə olan Facebooka girişi bağlayacaq. Facebooka çıxışın bağlanması haqqında qərarı Lahor Ali Məhkəməsi verib.

Məhkəmə araşdırmasına səbəb Pakistanın islamçı vəkillərinin imzaladığı müraciət olub. Vəkillər «Facebook»dakı bir səhifəyə etiraz edirdilər. Səhifənin adı belə idi:
«Hər bir kəs Məhəmməd Gününün şəklini çəkir».

Vəkillər bu məsələni gündəliyə gətirəndən sonra Pakistanda Facebooka qarşı etirazlar başlandı.

Ekspertlərin hesablamalarına görə, Pakistanda 25 faiz internet istifadəçi YouTube və Facebooka daxil olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG